Xəbərlər
Masazır 1 nömrəli məktəb kollektivi İsmayıllıda

Masazır kənd 1 nömrəli tam orta məktəb kollektivi üçün İsmayıllı rayonuna gəzinti təşkil olunub.
Təbiətin qoynunda keçirilən bu səfər iştirakçılar üçün həm istirahət, həm də səmimi ünsiyyət baxımından unudulmaz olub. Məktəbin müəllim və işçi heyəti İsmayıllının ecazkar mənzərələrini seyr edib, bölgənin gözəl guşələrində xoş anlar yaşayıb və birlikdə mənalı vaxt keçiriblər.
Ekskursiya kollektiv üzvləri arasında qarşılıqlı münasibətlərin daha da möhkəmlənməsinə, əməkdaşlıq ruhunun güclənməsinə və asudə vaxtın səmərəli təşkilinə öz töhfəsini verib. İştirakçılar göstərilən diqqət və qayğıya görə ETİHİ Abşeron Rayon Komitəsinə təşəkkürlərini ifadə edərək, belə layihələrin davamlı olmasını arzuladıqlarını bildiriblər.



