Xəbərlər
Masazır 30 saylı bağça kollektivi İsmayıllıda

Masazır kənd 30 saylı körpələr evi-uşaq bağçası kollektivi üçün İsmayıllı rayonuna ekskursiya təşkil olunub. Səfər əməkdaşların asudə vaxtının səmərəli təşkili, istirahətinin təmin olunması və kollektiv üzvləri arasında əlaqələrin daha da möhkəmləndirilməsi məqsədi daşıyıb.
Gəzinti zamanı iştirakçılar İsmayıllının zəngin təbiəti, mənzərəli guşələri və istirahət məkanları ilə tanış olub, xoş və yaddaqalan anlar yaşayıblar. Səmimi kollektiv mühiti və yüksək əhval-ruhiyyə səfərin daha maraqlı və yadda qalan keçməsinə şərait yaradıb.
Ekskursiya iştirakçıları onlar üçün yaradılmış bu şəraitə və təşkil olunan maraqlı səfərə görə ETİHİ Abşeron Rayon Komitəsinə təşəkkürlərini bildirərək, bu cür tədbirlərin kollektiv üzvlərinin istirahətinin təşkili, sosial fəallığının artırılması və həmkarlar arasında həmrəyliyin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını qeyd ediblər.




