“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Masazır 4 nömrəli məktəbin kollektivi gəzintidə

21/07/2026, 09:54
xeber1

Masazır kənd 4 nömrəli tam orta məktəb kollektivi üçün gəzinti təşkil olunub. Səfər zamanı iştirakçılar bölgənin görməli məkanlarını ziyarət edərək xoş və yaddaqalan anlar yaşayıblar. Birgə keçirilən gəzinti kollektiv üzvlərinə gündəlik iş mühitindən uzaqlaşmaq, asudə vaxtlarını səmərəli keçirmək və səmimi ünsiyyət qurmaq imkanı yaradıb.


Gəzinti iştirakçılar arasında qarşılıqlı münasibətlərin daha da möhkəmlənməsinə, həmrəylik ruhunun güclənməsinə və xoş təəssüratların formalaşmasına töhfə verib.

İştirakçılar onlar üçün yaradılmış bu şəraitə və yüksək səviyyədə təşkil olunmuş gəzintiyə görə ETİHİ Abşeron Rayon Komitəsinə təşəkkürlərini bildirərək, bu cür sosial layihələrin davamlı həyata keçirilməsinin əhəmiyyətini vurğulayıblar.

Gallery Image

Sosial şəbəkələrdə paylaş: