“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

May ayı ərzində ETİHİ Xətai Rayon Komitəsinin dəstəyi ilə həmkarlar ittifaqı üzvləri üçün müxtəlif tur-ekskursiyalar təşkil edilmişdir

02/06/2026, 09:43
xeber1

May ayı ərzində Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Xətai Rayon Komitəsinin dəstəyi ilə Komitənin xidmətinə daxil olan məktəb və məktəbəqədər təhsil müəssisələrində çalışan həmkarlar ittifaqı üzvləri üçün ölkəmizin füsunkar və dilbər guşələrinə müxtəlif tur-ekskursiyalar təşkil edilmişdir.


Təşkil olunan turlar çərçivəsində ittifaq üzvlərinin bayram günlərində və həftə sonlarında asudə vaxtlarının səmərəli, maraqlı və mənalı keçirilməsi üçün əlverişli şərait yaradılmış, onların sosial rifahının yüksəldilməsi və istirahətlərinin təşkili istiqamətində dəstək göstərilmişdir.


Tur iştirakçıları səfərlər zamanı Azərbaycanın zəngin təbiəti ilə yaxından tanış olmuş, təbiət qoynunda xoş və yaddaqalan vaxt keçirmiş, gündəlik iş gərginliyindən uzaqlaşaraq mənəvi rahatlıq əldə etmişlər. Birgünlük istirahət proqramları onların asudə vaxtlarının daha dolğun və faydalı şəkildə keçməsinə imkan yaratmışdır.


ETİHİ Xətai Rayon Komitəsi həmkarlar ittifaqı üzvlərinin sosial müdafiəsinin gücləndirilməsi, asudə vaxtlarının səmərəli təşkili, mədəni-mənəvi inkişafının dəstəklənməsi istiqamətində mütəmadi olaraq müxtəlif layihə və tədbirlər həyata keçirir, ittifaq üzvlərinin diqqət və qayğı ilə əhatə olunmasına xüsusi önəm verir.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: