Xəbərlər
Mayın 15-də Sumqayıt Dövlət Universitetinin (SDU) kampusunda iməclik keçirilib.
21/05/2026, 12:55

SDU-da iməclik keçirilib
Mayın 15-də Sumqayıt Dövlət Universitetinin (SDU) kampusunda iməclik keçirilib.
İməclikdə universitetin rəhbərliyi, professor-müəllim heyəti, inzibati heyət üzvləri və tələbələr iştirak ediblər. Kampus ərazisində həyata keçirilən tədbir çərçivəsində ağaclara qulluq olunub, yaşıllıq sahələrində abadlıq işləri aparılıb, ərazidə təmizlik işləri görülüb.
İştirakçılar tərəfindən ağacların dibi yumşaldılıb, kampusun ekoloji vəziyyətinin daha da yaxşılaşdırılması və ətraf mühitin qorunması istiqamətində müxtəlif tədbirlər həyata keçirilib.
Tədbirin sonunda iştirakçılar çay süfrəsi arxasında bir araya gələrək səmimi fikir mübadiləsi aparıblar.















