Xəbərlər
Mayın 25 2026-cı il tarixdə Daşkəsən Rayon Mədəniyyət Mərkəzində 28 May – Müstəqillik Gününə həsr olunan “Tarixi yaddaş və vətənpərvərlik tərbiyəsi” mövzusunda konfrans keçirilib

Mayın 25 2026-cı il tarixdə Daşkəsən Rayon Mədəniyyət Mərkəzində 28 May – Müstəqillik Gününə həsr olunan “Tarixi yaddaş və vətənpərvərlik tərbiyəsi” mövzusunda keçirilən konfrans Daşkəsən Rayon İcra Hakimiyyətinin, ETİHİ Daşkəsən rayon komitəsi, Daşkəsən rayonu üzrə Gənclər və İdman Sektorunun, Daşkəsən rayonu üzrə Təhsil Sektorunun və Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən mədəniyyət müəssisələrinin birgə təşkilatçılığı ilə baş tutub. Əvvəlcə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Konfransda rayon ictimaiyyətinin nümayəndələri, müəllimlər, mədəniyyət işçiləri və gənclər iştirak ediblər.Çıxış edənlər 1918-ci ildə yaradılmış Azərbaycan Xalq Cümhuriyyətinin elan edilməsinin Şərqdə ilk demokratik respublika kimi tarixə düşdüyünü, xalqımızın müstəqillik ideallarının formalaşmasında mühüm rol oynadığını vurğulayıblar. Natiqlər həmçinin qeyd ediblər ki, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə əldə olunan uğurlar, Vətən müharibəsində qazanılan Zəfər və işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa-quruculuq işləri gənclərdə Vətənə sevgi və milli qürur hissinin daha da güclənməsinə səbəb olur. Bu kimi tədbirlərin təşkil olunması Daşkəsən gənclərinində vətənə sevgi vətənpərvərlik ruhda böyüyüb vətən sevgisini aşlanmasında çox böyük əhəmiyyəti olduğunu bildirdilər.








