Xəbərlər
Mayın 8-də Heydər Əliyev Sarayında Elm və Təhsil Nazirliyi və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 103 illiyinə həsr olunmuş ali təhsil müəssisələrinin tələbələri arasında bədii yaradıcılıq müsabiqə-festivalının yekun konserti keçirilib.
08/05/2026, 12:11

Tədbirdə dövlət rəsmiləri, ali təhsil müəssisələrinin rəhbərləri, millət vəkilləri, mədəniyyət və incəsənət xadimləri, KİV nümayəndələri, müəllimlər və tələbələr iştirak ediblər.
Konsertdə Azərbaycan Texniki Universiteti (AzTU) 12 tələbə ilə təmsil olunub.
Tədbirdə Ulu Öndərə həsr olunmuş mahnılar, şeirlər və rəqs kompozisiyaları təqdim olunub.

















