Xəbərlər
MDU 12-ci Bakı Beynəlxalq Kitab Sərgisində təmsil olunur

Mingəçevir Dövlət Universiteti 21–27 oktyabr 2026-cı il tarixlərində Bakı Ekspo Mərkəzində keçirilən 12-ci Bakı Beynəlxalq Kitab Sərgisində təmsil olunur.
Sərgidə MDU-nun elmi və akademik nəşrləri, professor-müəllim heyətinin tədqiqat əsərləri, eləcə də müəllim və tələbələrin müəllifi olduqları kitablar nümayiş etdirilir. Universitetin əməkdaşları və könüllü tələbələri ziyarətçilərə MDU-nun tədris, elmi-tədqiqat, beynəlxalq əməkdaşlıq və innovasiya istiqamətlərində fəaliyyəti barədə məlumat verirlər.
32 ölkənin təmsil olunduğu beynəlxalq sərgidə universitetin iştirakı elmi biliklərin paylaşılması, kitab mədəniyyətinin təşviqi, mədəniyyətlərarası əlaqələrin genişləndirilməsi və MDU-nun akademik potensialının tanıdılması baxımından əhəmiyyətlidir. Bu iştirak universitetin 2030-cu ilədək Strateji İnkişaf Planının prioritetlərinə, keyfiyyətli təhsilin və dayanıqlı inkişaf prinsiplərinin təşviqinə uyğun olaraq həyata keçirilir.









