Xəbərlər
MDU-da dünya mətbəxlərinə həsr olunmuş təqdimat-sərgi keçirilib

Mingəçevir Dövlət Universitetində “Beynəlxalqlaşma, İnnovasiya və Dayanıqlı İnkişaf Həftəsi” çərçivəsində dünya mətbəxləri və mədəni müxtəlifliyə həsr olunmuş təqdimat-sərgi təşkil edilib.
Tədbirdə universitet tələbələri Azərbaycan, Türkiyə, Çin, Fransa, Amerika, Gürcüstan və Yaponiya mətbəxinə aid müxtəlif yeməkləri nümayiş etdirərək həmin ölkələrin kulinariya ənənələri və milli mədəniyyəti haqqında məlumat veriblər.
Sərgi iştirakçılar tərəfindən maraqla qarşılanıb, müxtəlif xalqların mədəni irsinin tanıdılması, mədəniyyətlərarası dialoqun inkişafı və tələbələr arasında qarşılıqlı əməkdaşlıq mühitinin möhkəmləndirilməsi baxımından əhəmiyyətli olub.
Mingəçevir Dövlət Universitetinin Həmkarlar İttifaqı Komitəsi tələbələrin yaradıcılıq potensialının, sosial fəallığının və mədəni müxtəlifliyə hörmət prinsiplərinin təşviqinə xidmət edən bu cür təşəbbüsləri dəstəkləyir. Belə tədbirlər universitetdə inklüziv kampus mühitinin formalaşmasına, tələbələrin asudə vaxtının səmərəli təşkilinə və kollektiv dəyərlərin gücləndirilməsinə mühüm töhfə verir.










