“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

MDU-da Elmi Şuranın son iclasında elmi nailiyyət qazanan əməkdaşlar mükafatlandırılıb

08/07/2026, 12:48
xeber1

Mingəçevir Dövlət Universitetində 2025/2026-cı tədris ili üzrə Elmi Şuranın son iclası keçirilib.

İclasdan əvvəl universitet əməkdaşlarının elmi fəaliyyətində əldə etdikləri uğurlar yüksək qiymətləndirilib. MDU-nun nəzdində fəaliyyət göstərən Süni İntellekt və Rəqəmsal Texnologiyalar İnstitutunun direktoru Aidə Mustafayeva texnika elmləri üzrə fəlsəfə doktoru, İqtisadiyyat kafedrasının baş müəllimi Vüqar Məmmədli və Biznes və menecment kafedrasının müəllimi Saqib Məmmədov isə iqtisad elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaları münasibətilə təbrik olunaraq mükafatlandırılıblar.

Həmçinin Biznes və menecment kafedrasının müdiri dosent Emiliya Hüseynova kafedra müdiri vəzifəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif edilib.

Mingəçevir Dövlət Universitetinin Həmkarlar İttifaqı Komitəsi əməkdaşların elmi nailiyyətlərinin və peşəkar fəaliyyətinin yüksək qiymətləndirilməsini universitetdə sağlam akademik mühitin, elmi yaradıcılığın və kollektivin motivasiyasının gücləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edən təşəbbüs kimi dəyərləndirir və bu istiqamətdə həyata keçirilən tədbirləri daim dəstəkləyir.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: