“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

MDU-da “I Yaşıl Kampus İdman Festivalı” keçirilib

14/05/2026, 15:23
xeber1

Mingəçevir Dövlət Universitetində (MDU) Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunan və regionda ilk dəfə təşkil edilən “I MDU Yaşıl Kampus İdman Festivalı” keçirilib.

Festivalın əsas məqsədi tələbə və gənclər arasında sağlam həyat tərzinin təşviqi, ekoloji düşüncənin formalaşdırılması, yaşıl kampus prinsiplərinin təbliği və gənclərin idmana marağının artırılması olub.

Festival çərçivəsində marafon, velosiped yarışı, şahmat, voleybol, üzgüçülük və digər idman növləri üzrə yarışlar təşkil edilib. Yarışlarda tələbələr böyük fəallıq nümayiş etdirərək həm idman bacarıqlarını, həm də komanda ruhunu ortaya qoyublar.

Tədbir iştirakçıları sağlam və aktiv həyat tərzinin əhəmiyyəti, ekoloji məsuliyyət və dayanıqlı inkişaf prinsipləri barədə məlumatlandırılıblar. Festival tələbələr tərəfindən böyük maraqla qarşılanıb və gənclərin yüksək enerjisi ilə yadda qalıb.

Qeyd olunub ki, bu cür layihələr gənclərdə fiziki aktivliyin artırılması, sağlam həyat vərdişlərinin formalaşdırılması və ətraf mühitə həssas münasibətin təşviqi baxımından mühüm əhəmiyyət daşıyır.

Sonda festivalın təşkilində əməyi olan təşkilatçılara və fəal iştirak edən tələbələrə təşəkkür edilib, belə təşəbbüslərin gələcəkdə də davam etdirilməsinin vacibliyi vurğulanıb.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: