“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

MDU-da idman tədbirləri çərçivəsində “Ecovolley” voleybol turniri keçirilib

06/07/2026, 12:30
xeber1

Mingəçevir Dövlət Universitetində idman tədbirləri çərçivəsində “Ecovolley” voleybol turniri təşkil olunub.

Turnirdə universitetin tələbələri, müəllimləri, eləcə də tərəfdaş qurumların və sənaye nümayəndələrinin komandaları iştirak ediblər. Yarışın məqsədi sağlam həyat tərzinin təşviqi, komanda ruhunun gücləndirilməsi, iştirakçılar arasında əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsi və idmana marağın artırılması olub.

Gərgin idman mübarizəsi şəraitində keçən turnirin yekununda MDU-nun tələbələrindən ibarət “Alfa” komandası I, Mingəçevir şəhər Təhsil sektorunun komandası II, Kür Hazırlıq Kursunun komandası isə III yerə layiq görülüb. Qalib komandalar kubok, medal və diplomlarla təltif ediliblər.

Mingəçevir Dövlət Universitetinin Həmkarlar İttifaqı Komitəsi universitetdə keçirilən idman tədbirlərinə dəstək göstərərək sağlam həyat tərzinin təşviqinə, kollektiv həmrəyliyin möhkəmləndirilməsinə və tələbələrin asudə vaxtının səmərəli təşkilinə xidmət edən təşəbbüslərin həyata keçirilməsini diqqətdə saxlayır.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: