Xəbərlər
MDU-da “Məzun Günü” qeyd olunub

Mingəçevir Dövlət Universitetində 2025/2026-cı tədris ili üzrə “Məzun Günü” tədbiri keçirilib. Tədbirdə dövlət və ictimai qurumların nümayəndələri, universitet rəhbərliyi, professor-müəllim heyəti, tələbələr, məzunlar və onların valideynləri iştirak ediblər.
Rəsmi çıxışlarda məzunlar təbrik olunaraq onlara gələcək peşə fəaliyyətlərində uğurlar arzulanıb, universitetin regionun insan kapitalının formalaşmasında oynadığı rol və gənclərin bilikli, vətənpərvər və məsuliyyətli mütəxəssis kimi yetişdirilməsinin əhəmiyyəti vurğulanıb.
Tədbir çərçivəsində ümumi orta müvəffəqiyyət göstəricisinə görə fərqlənən bakalavriat və magistratura məzunları, eləcə də universitetin ictimai həyatında fəal iştirak edən tələbələr mükafatlandırılıb. Bədii proqramla davam edən tədbir məzunlar üçün yaddaqalan anlarla yadda qalıb.
Mingəçevir Dövlət Universitetinin Həmkarlar İttifaqı Komitəsi tələbələrin sosial rifahının, ictimai fəallığının və şəxsi inkişafının dəstəklənməsinə xüsusi önəm verir, onların universitet həyatında fəal iştirakını təşviq edən təşəbbüsləri daim dəstəkləyir. “Məzun Günü” də universitet ailəsinin həmrəyliyini və məzunlarla bağlılığını əks etdirən əlamətdar tədbirlərdən biri olub.
















