“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

MDU-da məzunlarla görüş keçirilib

09/10/2026, 11:59
xeber1

8 oktyabr 2026-cı il tarixində Mingəçevir Dövlət Universitetinin müxtəlif illərin məzunları ilə çay süfrəsi ətrafında görüş keçirilib.

Səmimi ünsiyyət şəraitində keçirilən görüşün məqsədi universitetlə məzunlar arasında əlaqələri gücləndirmək, onların universitet həyatında iştirakını təşviq etmək və gələcək əməkdaşlıq imkanlarını müzakirə etmək olub.

Görüş zamanı məzunların peşəkar təcrübəsindən tələbələrin karyera hazırlığında və universitetin inkişafında istifadə imkanları müzakirə edilib. Məzunlar təəssüratlarını bölüşüb, təkliflərini səsləndirib və onları maraqlandıran suallara cavab alıblar.

Qeyd edək ki, MDU-da məzun şəbəkəsinin inkişafı və universitet–məzun əlaqələrinin möhkəmləndirilməsi istiqamətində fəaliyyətin davam etdirilməsi nəzərdə tutulur.

Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: