“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

MDU-da Müstəqilliyin Bərpası Gününə həsr olunmuş mini futbol turniri keçirilib

18/10/2026, 09:56
xeber1

17 oktyabr 2026-cı il tarixində Mingəçevir Dövlət Universitetində 18 Oktyabr – Müstəqilliyin Bərpası Gününə həsr olunmuş I kurs tələbələri arasında mini futbol turniri keçirilib. Yarışda universitetin Riyaziyyat və informasiya texnologiyaları, Mühəndislik, Pedaqoji və İqtisadiyyat və idarəetmə fakültələrini təmsil edən 10 komanda iştirak edib.

Maraqlı və gərgin idman mübarizəsi şəraitində keçən turnirin final mərhələsində Pedaqoji fakültənin “Sİ26.1” qrupu ilə Mühəndislik fakültəsinin “EnM26” qrupu qarşılaşıb. Oyunun nəticəsinə əsasən, “Sİ26.1” qrupu rəqibini 6:1 hesabı ilə məğlub edərək turnirin qalibi olub. Yarışın sonunda qalib və mükafatçı komandalar kubok və medallarla təltif ediliblər.

Tədbir tələbələr arasında komanda ruhunun, qarşılıqlı əməkdaşlığın və sağlam rəqabətin gücləndirilməsi baxımından əhəmiyyətli olub. Bu cür idman təşəbbüsləri gənclərin fiziki fəallığının artırılmasına, sağlam həyat tərzinin təşviqinə, asudə vaxtlarının səmərəli təşkilinə və universitet həyatında sosial əlaqələrin möhkəmləndirilməsinə töhfə verir.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: