“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

MDU-da narkomaniyanın qarşısının alınması və sağlam həyat tərzinin təşviqinə həsr olunmuş seminar keçirilib

19/10/2026, 09:59
xeber1

Mingəçevir Dövlət Universitetində gənclər arasında narkomaniyanın qarşısının alınması və sağlam həyat tərzinin təşviqinə həsr olunmuş maarifləndirici seminar keçirilib.

Tədbirdə narkomaniyanın tibbi, hüquqi və sosial fəsadları, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə, zərərli vərdişlərin profilaktikası və gənclərin asudə vaxtlarının səmərəli təşkili məsələləri ətrafında çıxışlar edilib. Bildirilib ki, gənclərin narkomaniyanın yaratdığı təhlükələr barədə məlumatlandırılması, hüquqi biliklərinin artırılması və sağlam həyat tərzinə təşviq olunması bu sahədə profilaktik tədbirlərin mühüm istiqamətlərindəndir.

Seminar çərçivəsində mövzuya həsr olunmuş maarifləndirici videoçarx nümayiş etdirilib, tələbələrə narkomaniyanın zərərləri və sağlam həyat tərzinin əhəmiyyəti barədə məlumat verən bukletlər paylanılıb. Tədbir gənclərin zərərli vərdişlərdən qorunması, sağlam düşüncə tərzinin formalaşdırılması və cəmiyyətdə narkomaniyaya qarşı mübarizə tədbirlərinin gücləndirilməsi baxımından əhəmiyyət daşıyıb.

Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: