“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

MDU-da Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə bağlı Beynəlxalq Mübarizə Günü münasibətilə maarifləndirici aksiya keçirilib

03/07/2026, 12:12
xeber1

Mingəçevir Dövlət Universitetində (MDU) “Şəhərsalma və Memarlıq İli” çərçivəsində 26 İyun – Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə bağlı Beynəlxalq Mübarizə Günü münasibətilə tələbələr arasında maarifləndirici aksiya təşkil olunub.

MDU-da keçirilən aksiya zamanı tələbələrə narkotik vasitələrin zərərli təsirləri, onların yaratdığı sosial və hüquqi fəsadlar barədə məlumatlandırıcı bukletlər paylanılıb.

Bukletlərin təqdimatı zamanı Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşı və universitetin müəllimləri tərəfindən narkotik vasitələrdən istifadənin insan sağlamlığına, ailə və cəmiyyətə mənfi təsirləri, eləcə də bu sahədə mövcud qanunvericiliyin tələbləri barədə ətraflı məlumat verilib. Görüş zamanı gənclərin zərərli vərdişlərdən uzaq durmasının, sağlam həyat tərzinə üstünlük verməsinin, hüquqi məsuliyyət barədə məlumatlı olmasının və sağlam gələcəyin formalaşdırılmasında fərdi məsuliyyətin əhəmiyyəti xüsusi vurğulanıb.

MDU tələbələrin sağlam həyat tərzinin təşviqi, hüquqi maarifləndirilməsi və sosial rifahının gücləndirilməsi istiqamətində həyata keçirilən təşəbbüsləri daim dəstəkləyir. Bu qəbildən olan maarifləndirici tədbirlərin gələcəkdə də davam etdirilməsi nəzərdə tutulur.

Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: