“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

MDU-da şəhid Turan Məhərrəmovun xatirəsinə həsr olunan tədbir keçirilib

01/07/2026, 12:15
xeber1

Mingəçevir Dövlət Universitetində şəhid Turan Məhərrəmovun əziz xatirəsinə həsr olunmuş anım tədbiri və “Ölməz Sevginin Dastanı: Turanın Sayıbı” kitabının təqdimatı keçirilib.

Tədbirdə universitet rəhbərliyi, akademik-inzibati heyət, tələbələr, şəhid ailələrinin üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Çıxışlarda şəhidlərin xatirəsinin yaşadılmasının, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasının və milli-mənəvi dəyərlərin qorunmasının əhəmiyyəti vurğulanıb.

Tədbir çərçivəsində şəhid Turan Məhərrəmovun həyat və döyüş yolundan bəhs edən videoçarx nümayiş etdirilib, “Ölməz Sevginin Dastanı: Turanın Sayıbı” kitabının təqdimatı keçirilib və bədii proqram təqdim olunub.

Anım tədbiri iştirakçılar tərəfindən şəhidlərin əziz xatirəsinə ehtiramın ifadəsi, milli həmrəyliyin və vətənpərvərlik dəyərlərinin təbliği baxımından əhəmiyyətli tədbir kimi dəyərləndirilib.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: