“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

MDU-da Ümumdünya Əməyin Mühafizəsi Gününə həsr olunmuş görüş keçirilib

28/04/2026, 17:47
xeber1

Aprelin 28-də qeyd olunan Ümumdünya Əməyin Mühafizəsi Günü ilə əlaqədar MDU-da maarifləndirici görüş təşkil olunub. Tədbir Beynəlxalq Əmək Təşkilatı tərəfindən 2026-cı il üçün müəyyən edilmiş “Sağlam psixososial iş mühitinin yaradılmasını təmin edək!” devizi çərçivəsində keçirilib.

Görüşdə universitetin İnsan resursları nümayəndəsi, psixoloq və digər çıxışçılar tərəfindən əmək mühitində sağlamlıq və təhlükəsizlik məsələləri, xüsusilə psixososial risklərin idarə olunması mövzusunda ətraflı məlumat verilib. Çıxışlarda iş yerlərində stressin azaldılması, əməkdaşlar arasında effektiv ünsiyyətin qurulması və sağlam iş mühitinin formalaşdırılması üçün vacib amillər diqqətə çatdırılıb.

Tədbirdə universitetin müxtəlif struktur bölmələrini təmsil edən əməkdaşlar iştirak edib. İştirakçılar mövzu ilə bağlı fikirlərini bölüşərək qarşılıqlı müzakirələr aparıblar.

Sonda belə maarifləndirici tədbirlərin keçirilməsinin əməkdaşların rifahına və iş mühitinin daha da yaxşılaşdırılmasına mühüm töhfə verdiyi vurğulanıb.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: