Xəbərlər
MDU-da YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr və yeni strateji hədəflər müzakirə olunub

Mingəçevir Dövlət Universitetində Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayından irəli gələn vəzifələrə, yeni strateji hədəflərə və yerli təşkilatların fəaliyyət istiqamətlərinə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə partiyanın qarşıya qoyduğu strateji hədəflər, yerli təşkilatların fəaliyyətinin gücləndirilməsi, gənclərin ictimai-siyasi fəallığının artırılması və onların təşəbbüslərinin dəstəklənməsi məsələləri müzakirə olunub.
Çıxışlarda YAP-ın VIII Qurultayının əhəmiyyəti, müəyyənləşdirilmiş vəzifələrin həyata keçirilməsində yerli təşkilatların rolu, universitetlə partiya təşkilatı arasında əməkdaşlığın genişləndirilməsi və gənclərin fəal vətəndaş mövqeyinin formalaşdırılması diqqətə çatdırılıb.
Tədbir çərçivəsində iştirakçılar mövzular ətrafında fikir mübadiləsi aparıb, qarşıda duran vəzifələrin icrasında birgə fəaliyyətin və təşkilati işin gücləndirilməsinin əhəmiyyətini vurğulayıblar. Sonda xatirə şəkli çəkdirilib.







