“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

MDU Dövlət İmtahan Mərkəzində keçirilən ali təhsil müəssisələrinin sərgisində təmsil olunur

31/07/2026, 15:50
xeber1

Mingəçevir Dövlət Universiteti (MDU) 29–31 iyul 2026-cı il tarixlərində Dövlət İmtahan Mərkəzində təşkil olunan ali təhsil müəssisələrinin sərgisində öz stendi ilə təmsil olunur.

Sərgi çərçivəsində abituriyentlər, onların valideynləri və digər iştirakçılara MDU-da yaradılmış tələbəyönümlü tədris mühiti, beynəlxalq əməkdaşlıq imkanları, praktiki bacarıqların inkişafına xidmət edən təhsil proqramları, sosial və akademik dəstək mexanizmləri, eləcə də tələbələrin fərdi inkişafına yönəlmiş fəaliyyətlər barədə ətraflı məlumat təqdim edilir.

Sərginin ilk günündə MDU-nun nümayəndələri tərəfindən xüsusi infosessiya keçirilib. İnfossessiyada bakalavriat və magistratura səviyyələri üzrə tələbə qəbulu aparılan ixtisas və ixtisaslaşmalar, ingilis dilində təhsil imkanları, ikili diplom və tələbə mübadiləsi proqramları haqqında məlumat verilib.

Eyni zamanda, abituriyentlərin və valideynlərin ixtisas seçimi, qəbul prosesi, təhsil imkanları və gələcək karyera perspektivləri ilə bağlı sualları universitet nümayəndələri tərəfindən cavablandırılıb.

MDU-nun sərgidə iştirakı abituriyentlərin məlumatlı və məqsədyönlü ixtisas seçiminə dəstək göstərmək, ali təhsilin əlçatanlığını təşviq etmək və universitetin müasir təhsil imkanlarını geniş ictimaiyyətə tanıtmaq məqsədi daşıyır.

İştirakçılar sərgi müddətində MDU-nun stendini ziyarət edərək universitetin təhsil proqramları, qəbul imkanları və tələbələr üçün yaradılmış akademik, sosial və beynəlxalq imkanlar barədə ətraflı məlumat əldə edə bilərlər.

Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: