Xəbərlər
MDU əməkdaşı stolüstü tennis turnirində II yerə layiq görülüb

7 oktyabr 2026-cı il tarixində Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı və “Kür” OTİM-in təşkilati dəstəyi ilə idarə, müəssisə və dövlət qurumlarının əməkdaşları arasında stolüstü tennis üzrə Mingəçevir şəhər turniri keçirilib.
Mingəçevir Dövlət Universitetinin Tələbələrlə iş şöbəsinin dəstəyi ilə yarışda iştirak edən universitet əməkdaşı, Pedaqogika və psixologiya kafedrasının müəllimi Aydın Kərimov turnirdə II yerə layiq görülüb.
Yarışın məqsədi sağlam həyat tərzini təbliğ etmək, idmana marağı artırmaq və qurumlar arasında dostluq münasibətlərini möhkəmləndirmək olub.
Turnirin sonunda qaliblər Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsi tərəfindən diplom və medallarla təltif olunublar.





