“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

MDU əməkdaşları bayram düşərgəsində

29/03/2026, 17:57
xeber1

2026-cı ilin 21–25 mart tarixlərində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) üzvü olan Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi (ETİHİ) tərəfindən Nabran qəsəbəsində yerləşən “Təhsil İstirahət Mərkəzi”ndə ali, orta ixtisas və peşə təhsili müəssisələrinin əməkdaşları üçün “Novruz 2026” düşərgəsi təşkil olunub.

Ramazan və Novruz bayramları münasibətilə təşkil edilən düşərgə tətil günlərini əhatə edərək iştirakçılar üçün həm istirahət, həm şəbəkəlşmə, eyni zamanda təcrübə mübadiləsi imkanı yaradıb.

Düşərgədə Mingəçevir Dövlət Universiteti (MDU) kollektivinin 11 əməkdaşı da iştirak edib. Ümumilikdə isə iki mərhələdə keçirilən tədbirə respublikanın müxtəlif bölgələrini təmsil edən 800-ə yaxın təhsil işçisi cəlb olunub.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: