Xəbərlər
MDU əməkdaşlarının Xankəndi, Şuşa və Laçına səfəri təşkil olunub

2026-cı ilin 23-24 iyul tarixlərində Mingəçevir Dövlət Universitetinin kollektivinin rifahının yüksəldilməsi, professor-müəllim heyətinin asudə vaxtının səmərəli təşkili və sosial həmrəyliyin möhkəmləndirilməsi məqsədilə universitətin bir qrup əməkdaşı üçün işğaldan azad edilmiş ərazilərimizə idrakı və mədəni xarakterli səfər təşkil olunub. Səfər çərçivəsində MDU əməkdaşları Xankəndi, Şuşa və Laçın şəhərlərini ziyarət ediblər. İştirakçılar işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri, tarixi-mədəni irsin bərpası və qorunması, eləcə də ərazilərin ekoloji mühitinin inkişafı istiqamətində görülən işlərlə yaxından tanış olublar.
Səfər iştirakçıları Şuşanın tarixi-mədəni abidələri, Laçının zəngin təbiəti və Xankəndidə aparılan yenidənqurma işləri ilə tanış olaraq zəngin təəssüratlar əldə ediblər.
Belə tədbirlərin təşkili əməkdaşların mənəvi və sosial rifahının dəstəklənməsi, asudə vaxtının səmərəli keçirilməsi, kollektiv daxilində həmrəyliyin möhkəmləndirilməsi və sağlam iş mühitinin formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır.
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının Mingəçevir Dövlət Universiteti Komitəsi tərəfindən əməkdaşların sosial rifahının və asudə vaxtının səmərəli təşkilinə yönəlmiş tədbirlərin bundan sonra da dəstəklənməsi nəzərdə tutulur.







