Xəbərlər
MDU kollektivi şəhid məzunu Əzəmi Hüseynovun xatirəsini yad edib

8 oktyabr 2026-cı il tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Anar Eminov və universitetin əməkdaşları Vətən müharibəsi şəhidi, MDU-nun məzunu Əzəmi Hüseynovun şəhadətinin altıncı ildönümü münasibətilə Mingəçevir şəhərinin Şəhidlər xiyabanında məzarını ziyarət ediblər.
Ziyarət zamanı şəhidin əziz xatirəsi ehtiramla yad edilib, məzarı üzərinə gül dəstələri düzülüb və ruhuna dualar oxunub. Universitet kollektivi Vətən uğrunda canından keçən qəhrəman məzunun igidliyini və fədakarlığını dərin ehtiramla anıb.
MDU nümayəndələri, həmçinin Vətən müharibəsində şəhid olmuş digər məzunların məzarlarını ziyarət edərək onların xatirəsini yad ediblər.
Qeyd edək ki, Əzəmi Hüseynov 2010–2014-cü illərdə Mingəçevir Politexnik İnstitutunda (indiki MDU) Energetika mühəndisliyi ixtisası üzrə təhsil alıb. O, 8 oktyabr 2020-ci ildə Suqovuşan istiqamətində gedən döyüşlərdə şəhid olub. Ölümündən sonra “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” və digər medallarla təltif edilib.
MDU-da şəhid məzunların əziz xatirəsinin yaşadılması və onların qəhrəmanlıq nümunələrinin gənc nəslə çatdırılması istiqamətində tədbirlər davam etdirilir.





