“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

MDU komandası “Novruz Kuboku”nda 3-cü yerə layiq görülüb

16/03/2026, 10:18
xeber1

Tələbə Futbol Federasiyası İctimai Birliyinin təşkilatçılığı ilə 11–13 mart tarixlərində Gəncə şəhərində “Novruz Kuboku” turniri keçirilib.

Yeddi komandanın iştirak etdiyi yarışda Mingəçevir Dövlət Universitetinin komandası da uğurla çıxış edib. Gərgin və maraqlı oyunlarla yadda qalan turnirin yekununda komandamız fəxri 3-cü yerə layiq görülüb.

Qeyd edək ki, bu cür yarışlar tələbələr arasında idmanın inkişafına, sağlam həyat tərzinin təşviqinə və dostluq münasibətlərinin möhkəmlənməsinə mühüm töhfə verir.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: