“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

MDU-nun iki tələbəsi “Qızların təhsilinə dəstək” layihəsinin məzunu olub

02/07/2026, 12:07
xeber1

Mingəçevir Dövlət Universitetinin (MDU) iki tələbəsi Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Elm və Təhsil Nazirliyi və Təhsilin İnkişafı Fondunun birgə təşkilatçılığı ilə həyata keçirilən “Qızların təhsilinə dəstək” layihəsini uğurla başa vuraraq məzun adını qazanıb.

Universitetin İ22.1 qrupunun tələbələri Aysun Nəsirova və Tünzalə Süleymanlı layihənin bütün mərhələlərində fəal iştirak edərək proqramı uğurla tamamlayıblar.

Layihənin II Məzun Günü iyunun 24-də keçirilib. Tədbirdə iştirakçıların əldə etdikləri nailiyyətlər yüksək qiymətləndirilib, onların təhsil və gələcək peşəkar inkişafının dəstəklənməsinin əhəmiyyəti vurğulanıb.

“Qızların təhsilinə dəstək” layihəsi qızların ali təhsilə çıxış imkanlarının genişləndirilməsi, onların şəxsi və peşəkar bacarıqlarının inkişaf etdirilməsi, liderlik potensialının artırılması və cəmiyyət həyatında fəal iştirakının təşviqi məqsədilə həyata keçirilir.

Mingəçevir Dövlət Universitetinin Həmkarlar İttifaqı Komitəsi layihəni uğurla başa vuran tələbələri təbrik edir, onlara gələcək təhsil və peşə fəaliyyətlərində yeni uğurlar arzulayır.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: