“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

MDU tələbəsinin uğur hekayəsi: “Sınmayan iradə” kitabının təqdimatı

08/04/2026, 16:20
xeber1

Mingəçevir Dövlət Universitetinin (MDU) 2-ci kurs tələbəsi Nurməhəmməd İsmayılın müəllifi olduğu “Sınmayan iradə” adlı kitabın təqdimat mərasimi keçirildi. Müəllifin həyat mübarizəsini və güclü iradəsini əks etdirən əsər tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.

Tədbir Ömürboyu Təhsil Mərkəzi tərəfindən təşkil olunub. Mərasim çərçivəsində müəllifə MDU Həmkarlar İttifaqı Komitəsi tərəfindən xatirə hədiyyəsi təqdim edilib və ona gələcək yaradıcılıq fəaliyyətində uğurlar arzulanıb.

Çıxış edənlər Nurməhəmməd İsmayılın əzmkarlığını, qarşılaşdığı çətinliklərə baxmayaraq əldə etdiyi uğurları xüsusi vurğulayıblar. Qeyd olunub ki, “Sınmayan iradə” yalnız bir həyat hekayəsi deyil, həm də gənclər üçün motivasiya mənbəyidir.

Belə təşəbbüslərin gənclərin inkişafına dəstək olmaqla yanaşı, cəmiyyətdə müsbət dəyərlərin təbliği baxımından mühüm əhəmiyyət kəsb etdiyi vurğulanıb.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: