“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin kollektivi üçün Quba rayonuna ekskursiya təşkil olunub

20/07/2026, 12:27
xeber1

ETİHİ Xəzər Rayon Komitəsinin təşkilatçılığı ilə ittifaq üzvlərinin asudə vaxtlarının səmərəli təşkili məqsədilə Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin kollektivi üçün 16 iyul tarixində Quba rayonuna ekskursiya təşkil olunub.

Ekskursiya çərçivəsində iştirakçılar Quba rayonunun füsunkar təbiəti və görməli məkanları ilə tanış olub, asudə vaxtlarını səmərəli və xoş əhval-ruhiyyə şəraitində keçiriblər.

Səfər iştirakçıları göstərilən diqqət və qayğıya görə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına və Azərbaycan Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqına təşəkkürlərini bildirərək, bu cür sosialyönümlü layihələrin davamlı həyata keçirilməsini yüksək qiymətləndirdiklərini ifadə ediblər.

Gallery Image

Sosial şəbəkələrdə paylaş: