Xəbərlər
Mehdiabad 1 nömrəli məktəbin kollektivi Qusarda
13/07/2026, 11:54

Mehdiabad qəsəbə 1 nömrəli tam orta məktəb kollektivi üçün Qusar rayonuna ekskursiya təşkil olunub.
Səfər iştirakçıların asudə vaxtının səmərəli təşkili və kollektiv üzvlərinin birgə istirahəti məqsədilə həyata keçirilib. Ekskursiya zamanı onlar Qusarın təbii gözəllikləri ilə tanış olub, bölgənin müxtəlif istirahət məkanlarını ziyarət edərək xoş və yaddaqalan vaxt keçiriblər.
İştirakçılar təşkil olunan səfərin kollektiv daxilində ünsiyyətin və həmrəyliyin daha da möhkəmlənməsinə müsbət təsir göstərdiyini qeyd edərək, göstərilən diqqət və qayğıya görə ETİHİ Abşeron Rayon Komitəsinə təşəkkürlərini bildiriblər.



