Xəbərlər
Mehdiabad 2 nömrəli məktəb - Şamaxı gəzintisi
04/06/2026, 13:43

31 may tarixində Mehdiabad 2 nömrəli tam orta məktəb kollektivi üçün Şamaxı rayonuna ekskursiya təşkil olunub. Gəzintidə əməkdaşlar iştirak edərək bölgənin tarixi və təbiət gözəllikləri ilə tanış olub, xoş və yaddaqalan anlar yaşayıblar.
Belə ekskursiyalar əməkdaşların istirahətinin səmərəli təşkili, kollektiv münasibətlərinin möhkəmləndirilməsi və həmrəyliyin artırılması baxımından əhəmiyyətlidir.






