Xəbərlər
Mehdiabad 3 nömrəli məktəb kollektivi Lənkəranda
11/11/2026, 10:53

Mehdiabad qəsəbəsi 3 nömrəli tam orta məktəbin kollektivi Lənkəran rayonuna gəzintidə olub.
Səfər zamanı iştirakçılar Lənkəranın müxtəlif məkanlarını ziyarət edib, birlikdə istirahət və asudə vaxt keçiriblər. Bu gəzinti kollektiv üzvlərinə gündəlik iş fəaliyyətindən kənarda bir araya gəlmək və ünsiyyət qurmaq imkanı yaradıb.
Kollektiv üzvləri təşkil olunan gəzintiyə və yaradılan şəraitə görə ETİHİ Abşeron Rayon Komitəsinə təşəkkürlərini bildiriblər.




