Xəbərlər
Mehdiabad 5 nömrəli məktəb kollektivi Qubada
01/07/2026, 12:08

Mehdiabad qəsəbə 5 nömrəli tam orta məktəb kollektivi üçün Quba rayonuna ekskursiya təşkil olunub.
Qubanın təbii gözəllikləri və səfalı məkanları ilə tanış olan iştirakçılar gündəlik iş qayğılarından uzaq, xoş və mənalı bir gün keçiriblər. Səfər zamanı kollektiv üzvləri arasında səmimi münasibətlər daha da möhkəmlənib, birlik və həmrəylik hissi güclənib.
Ekskursiya iştirakçıları belə tədbirlərin əməkdaşların sosial həyatında mühüm rol oynadığını qeyd edərək, onlar üçün yaradılmış şəraitə və göstərilən diqqətə görə ETİHİ Abşeron Rayon Komitəsinə minnətdarlıqlarını ifadə ediblər. Bu cür təşəbbüslərin gələcəkdə də davam etdirilməsini arzuladıqlarını bildiriblər.




