Xəbərlər
Mehdili kənd tam orta ümumtəhsil məktəbinin kollektivi üçün Hacıkənd və Göygölə ekskursiya təşkil olunub.

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Bərdə Rayon Komitəsinin təşkilatçılığı ilə Bərdə rayonu Mehdili kənd tam orta ümumtəhsil məktəbinin kollektivi üçün Hacıkənd və Göygöl istiqamətində birgünlük ekskursiya təşkil olunub.
Ekskursiyanın məqsədi təhsil işçilərinin asudə vaxtının səmərəli təşkili, kollektiv üzvləri arasında həmrəyliyin daha da möhkəmləndirilməsi, eləcə də ölkəmizin füsunkar təbiəti və zəngin turizm potensialı ilə yaxından tanışlığın təmin edilməsi olub.
Səfər çərçivəsində iştirakçılar Hacıkəndin gözəl təbiət mənzərələrini seyr edib, Göygöl Milli Parkının ecazkar təbiəti və məşhur Göygöl gölü ilə tanış olublar. Ekskursiya zamanı kollektiv üzvləri həm istirahət edib, həm də unudulmaz anlar yaşayıblar.
Səfərin sonunda iştirakçılar yüksək səviyyədə təşkil olunmuş ekskursiyaya görə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Bərdə Rayon Komitəsinə təşəkkürlərini bildirərək, bu cür tədbirlərin kollektiv üzvlərinin motivasiyasının artırılmasına və sosial rifahının yaxşılaşdırılmasına mühüm töhfə verdiyini qeyd ediblər.




