“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Mehdixanlı məktəbində seçki keçirildi

22/09/2026, 16:27
xeber1

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı (ETİHİ) Bərdə Rayon Komitəsinin üzv təşkilatı olan Bərdə rayonu Mirələkbər Seyidov adına Mehdixanlı kənd tam orta ümumtəhsil məktəbinin ilk həmkarlar ittifaqı təşkilatında növbədənkənar sədr seçkisi keçirilib.

Seçki məktəbin ilk həmkarlar ittifaqı təşkilatının sədri Məmmədov Mətləb Əjdər oğlunun 65 yaşının tamam olması və əmək fəaliyyətinin son həddinə çatması ilə əlaqədar işdən ayrılması səbəbindən təşkil olunub.

Seçkidə məktəbin həmkarlar ittifaqı üzvləri iştirak edib və səsvermə şəffaflıq prinsipləri əsasında keçirilib. Səsvermənin nəticələrinə əsasən, Əliyev Bəylər Əkrəm oğlu Bərdə rayonu Mirələkbər Seyidov adına Mehdixanlı kənd tam orta ümumtəhsil məktəbinin ilk həmkarlar ittifaqı təşkilatının sədri seçilib.

ETİHİ Bərdə Rayon Komitəsinin sədri Misir Ənvərli yeni seçilmiş sədr Əliyev Bəylər Əkrəm oğlunu təbrik edib, ona gələcək həmkarlar ittifaqı fəaliyyətində uğurlar və müvəffəqiyyətlər arzulayıb.

Qeyd edək ki, görüş zamanı həmkarlar ittifaqı təşkilatının qarşıdakı dövr üçün fəaliyyət istiqamətləri və üzvlərin hüquq və mənafelərinin müdafiəsi ilə bağlı məsələlər də müzakirə olunub.

Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: