“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

“Mehriban Əliyeva – zəriflik, əzmkarlıq, kübarlıq və vətənpərvərlik mücəssiməsi” mövzusunda elmi-praktik konfrans keçirilib

23/12/2025, 20:51
xeber1

Qax Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonun Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya həsr olunmuş elmi-praktik konfrans keçirilib.

Tədbirdə rayon rəhbərliyi, YAP fəalları, şəhid ailələri, qazilər, ziyalılar, ETİHİ Qax rayon komitəsi üzrə ittifaq üzvləri, səhiyyə və mədəniyyət sahəsində çalışan işçilər, gənclər və ictimaiyyət nümayəndələri iştirak edib.

Konfransda çıxış edənlər Mehriban Əliyevanın Vətənə və xalqa xidmət ideyalarını həyat amalına çevirdiyini, təhsil, səhiyyə və mədəniyyət sahəsində reallaşdırdığı layihələrlə cəmiyyətin sosial rifahına mühüm töhfələr verdiyini vurğulayıblar. Qeyd olunub ki, onun şəhid ailələri və qazilərə göstərdiyi diqqət və qayğı, eləcə də Vətən müharibəsi dövründə Ordumuza verdiyi mənəvi dəstək xalq tərəfindən daim yüksək qiymətləndirilir.

Bildirilib ki, Mehriban Əliyeva Müzəffər Ali Baş Komandan İlham Əliyevin ən yaxın silahdaşı kimi Qarabağ və Şərqi Zəngəzurun dirçəldilməsində fəal iştirak edir, Ulu Öndər Heydər Əliyevin ideyalarının həyata keçirilməsinə mühüm töhfələr verir.

Tədbir çərçivəsində Birinci vitse-prezident Mehriban Əliyevanın həyat və fəaliyyətinə həsr olunmuş videolent nümayiş etdirilib

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: