“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Məktəb direktoruna gözlənilməz ad günü təbriki

11/03/2026, 22:37
xeber1

Ə. Əfəndi adına Bığır 1 saylı tam orta ümumtəhsil məktəbinin direktoru Məmmədova Flora Həmdulla qızının ad günü münasibətilə səmimi və xoş bir təbrik təşkil olundu.


Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Göyçay Rayon Komitəsinin nümayəndəsi tərəfindən məktəbin direktoru Flora Məmmədova kollektiv qarşısında təbrik edilərək ona xoş arzular çatdırıldı. Bu təbrik direktor üçün gözlənilməz və olduqca xoş bir sürpriz oldu.


Təhsil sahəsində uzun illər səmərəli fəaliyyəti ilə seçilən Flora Məmmədovaya gələcək fəaliyyətində yeni uğurlar, möhkəm can sağlığı və rəhbərlik etdiyi kollektivlə birlikdə daha böyük nailiyyətlər arzulandı.

Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: