Xəbərlər
Məktəb gəzintisindən xoş xatirələr

ETİHİ Nərimanov Rayon Komitəsinin dəstəyi ilə 73 nömrəli tam orta məktəbin 41 nəfərdən ibarət kollektivi üçün İsmayıllı–Qəbələ istiqamətində istirahət turu təşkil olunmuşdur.
Dərs ilinin gərgin və məsuliyyətli fəaliyyətindən sonra həmkarlarımız Azərbaycanın füsunkar təbiəti ilə seçilən İsmayıllı və Qəbələ rayonlarında xoş və yaddaqalan istirahət imkanı əldə etmişlər. Səfər iştirakçılara gündəlik iş rejimindən bir qədər uzaqlaşaraq mənəvi dincəlmək, təbiətin gözəlliklərindən zövq almaq və kollektiv daxilində ünsiyyəti daha da möhkəmləndirmək imkanı yaratmışdır.
Həmkarlarımızın asudə vaxtının səmərəli təşkili, sosial rifahının yüksəldilməsi və kollektiv həmrəyliyinin gücləndirilməsi ETİHİ Nərimanov Rayon Komitəsinin fəaliyyətində xüsusi yer tutur. Bu məqsədlə təşkil olunan tədbirlər üzvlərimizin motivasiyasının və iş əhval-ruhiyyəsinin yüksəlməsinə mühüm töhfə verir.
Həmkarlarımıza xoş istirahət, sağlamlıq və yeni uğurlar arzulayırıq!






