“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Məktəb Həmkarlar Təşkilatının fəaliyyəti.

15/05/2026, 15:01
xeber1

Ağcabədi rayon Hindarx qəsəbə Q.Əliyev adına 3 nömrəli ümumi orta ümumtəhsil məktəbin həmkarlar təşkilatının sədri Əliyeva Minarə İsbəndiyar qızının təşkilatçılığı ilə ittifaq üzvləri ilə görüş keçirilib.

Görüşün məqsədi həmkarlar ittifaqının fəaliyyəti, üzvlərin əmək və sosial hüquqlarının müdafiəsi, “Şəhərsalma və Memarlıq İli” çərçivəsində silsilə tədbirlərin təşkili, müasir memarlıq nümunələri, yenilənən infrastruktur layihələri, yeni yaşayış və sosial obyektlər, eləcə də tarixi-mədəni irsin qorunması və bərpası istiqamətində həyata keçirilən işlər barədə ittifaq üzvlərinin məlumatlandırılması olub.

İttifaq üzvlərinin istirahətinin səmərəli təşkili məqsədilə yollayışların elektron sistem üzərindən qeydiyyatı əsasən məktəbin həmkarlar təşkilatı sədrinin üzərinə düşür. Hər bir üzvlə fərdi söhbət aparılması, e-AHİK.az platformasının funksiyaları, sanatoriya-kurort müalicəsi və istirahət üçün yollayışların (putyovkaların) alınması məqsədilə qeydiyyat prosesində məktəbin həmkarlar təşkilatının sədri Əliyeva Minarə fəallıq göstərir.

Görüş zamanı məktəbdə mədəni-kütləvi tədbirlərin və idman yarışlarının təşkili istiqamətində görülən işlər barədə də ətraflı məlumat verilib.

Sonda ittifaq üzvlərini maraqlandıran suallar cavablandırılıb, təklif və müraciətlər dinlənilib.

Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: