“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

MƏKTƏB HƏMKARLAR TƏŞKİLATININ FƏALİYYƏTİ

14/08/2026, 12:30
xeber1

Gənc və fəal həmkarlar ittifaqının sədri Ağcabədi rayon Xocavənd kənd 3 nömrəli ümumi orta ümumtəhsil məktəbinin müəllimi, məktəb həmkarlar təşkilatının gənc sədri Naqifə Muradova həmkarlar ittifaqı fəaliyyətində fəallığı, təşəbbüskarlığı və kollektivlə səmərəli əməkdaşlığı ilə seçilir.

Naqifə müəllimə kollektivdə həmrəyliyin və qarşılıqlı əməkdaşlığın möhkəmləndirilməsinə, müəllimlərin sosial və əmək hüquqlarının müdafiəsinə xüsusi diqqət yetirir. Eyni zamanda, həmkarlar ittifaqı üzvlərinin istirahətinin səmərəli təşkili, sanatoriya-kurort imkanlarından yararlanması, mədəni-kütləvi və sosial tədbirlərin keçirilməsi istiqamətində fəal iştirak edir.

Məktəb rəhbərliyi ilə qarşılıqlı əməkdaşlıq şəraitində həyata keçirilən bu fəaliyyət sağlam iş mühitinin, kollektiv həmrəyliyinin və vahid komanda ruhunun möhkəmlənməsinə, eləcə də tədris göstəricilərinin yüksəldilməsinə mühüm töhfə verir.


Hörmətli Naqifə müəllimə!

Sizə həmkarlar ittifaqı fəaliyyətinizdə möhkəm cansağlığı, yeni-yeni uğurlar, tükənməz enerji və böyük nailiyyətlər arzulayırıq!

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: