Xəbərlər
"Məktəb ictimai müzakirədə" layihə çərçivəsində tədbir keçirilib

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) və Azərbaycan Mətbuat Şurasının təşəbbüsü ilə həyata keçirilən “Məktəb ictimai müzakirədə” layihəsi çərçivəsində növbəti görüş təşkil olunub.
247 nömrəli tam orta ümumtəhsil məktəbində keçirilən görüşdə Parlament Jurnalistlər Birliyinin sədri, Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü Elşad Eyvazlı, millət vəkilləri Hikmət Məmmədov, Ceyhun Məmmədov, Məlahət İbrahimqızı, Mehriban Vəliyeva, Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Hikmət Əlizadə, İctimai Şuranın katibi Günay Əkbərova, Azərbaycan Respublikası Təhsil İnstitutunun (ARTİ) Təhsilverənlərin Peşəkar İnkişafı Mərkəzinin direktoru Nəzakət Mehdiyeva, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Nəsimi Rayon Komitəsinin sədri Reyhan Ocaqova, QHT nümayəndələri, məktəb direktorları, pedaqoji kollektiv, media təmsilçiləri, valideynlər və digər qonaqlar iştirak ediblər.
Qonaqlar əvvəlcə məktəbin foyesində şagirdlərin əl işlərindən ibarət sərgiyə baxış keçirib, təhsil müəssisəsində fəaliyyət göstərən inklüziv təhsil, “Rəqəmsal bacarıqlar”, STEAM kabinetləri, “Tullantıdan həyata” və “Məktəbli avtoşəhərciyi” layihələri ilə tanış olublar.
Məktəbin direktoru Sitarə Abbasova qonaqları salamlayaraq qeyd edib ki, bu cür ictimai müzakirələr məktəb, valideyn və ictimaiyyət arasında əməkdaşlığın möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Direktor məktəbdə həyata keçirilən yeniliklər, müxtəlif layihələr və şagird nailiyyətləri barədə təqdimatla çıxış edib















