Xəbərlər
Məktəb kollektivi Şəki və Marxalın gözəllikləri ilə tanış oldu.
Bərdə rayonu Rəfael Hüseynov adına Gülgəzli kənd tam orta ümumtəhsil məktəbinin kollektivi üçün Şəki və Marxal istiqamətində birgünlük ekskursiya təşkil edilmişdir.
Ekskursiyanın əsas məqsədi təhsil işçilərinin asudə vaxtının səmərəli təşkili, kollektiv arasında əməkdaşlıq və həmrəyliyin daha da möhkəmləndirilməsi, eyni zamanda Azərbaycanın zəngin tarixi, mədəni və təbii irsi ilə yaxından tanış olmaq olmuşdur.
Səfər çərçivəsində iştirakçılar Şəki şəhərinin tarixi və görməli məkanlarını ziyarət etmiş, şəhərin özünəməxsus memarlıq nümunələri və qədim ənənələri haqqında məlumat əldə etmişlər. Daha sonra Marxal istirahət məkanına yollanan kollektiv burada təbiətin gözəlliklərindən zövq almış, xoş və yaddaqalan anlar yaşamışdır.
Ekskursiya iştirakçılar tərəfindən böyük məmnunluqla qarşılanmış, kollektiv üzvləri bu cür maarifləndirici və istirahət yönümlü tədbirlərin təşkilinə görə təşəkkürlərini bildirmişlər.
Səfərin hər bir iştirakçı üçün xoş təəssüratlar və unudulmaz xatirələrlə yadda qaldığı qeyd olunmuşdur.





