“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Məktəb kollektivi üçün Göygöl–Hacıkənd istiqamətində ekskursiya təşkil olunub.

18/06/2026, 15:46
xeber1

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının Bərdə Rayon Komitəsinin təşkilatçılığı ilə Bərdə rayonu Dilqəm Əliyev adına Şahvəlilər kənd tam orta ümumtəhsil məktəbinin kollektivi üçün Göygöl və Hacıkənd istiqamətində bir günlük ekskursiya təşkil olunub.

Ekskursiyanın keçirilməsində əsas məqsəd təhsil işçilərinin asudə vaxtlarının səmərəli təşkili, onların istirahətinin təmin edilməsi, kollektiv üzvləri arasında həmrəyliyin gücləndirilməsi və ölkəmizin füsunkar guşələri ilə yaxından tanış olmalarına şərait yaratmaq olub.

Səfər zamanı iştirakçılar Göygöl və Hacıkəndin zəngin təbiəti, mənzərəli istirahət məkanları və turizm potensialı ilə tanış olublar. Ekskursiya iştirakçılarına bölgənin tarixi, coğrafiyası və görməli yerləri barədə ətraflı məlumat verilib.

Məktəb kollektivi onlar üçün yaradılan bu şəraitə və göstərilən diqqətə görə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının Bərdə Rayon Komitəsinə təşəkkürünü bildirib. İştirakçılar bu cür ekskursiyaların təhsil işçilərinin asudə vaxtının səmərəli təşkili, motivasiyasının artırılması və kollektiv münasibətlərinin daha da möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını qeyd ediblər.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: