“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Məktəb psixoloqu 65 illik yubileyi münasibətilə təltif olundu

08/06/2026, 12:46
xeber1

ETİHİ Göyçay Rayon Komitəsi tərəfindən Göyçay rayonu Niyaz Həsənov adına Üngütlü kənd ümumi orta ümumtəhsil məktəbinin psixoloqu Qasımova Südabə Arif qızı 65 illik yubileyi münasibətilə təbrik edilib.


Tədbir zamanı yubilyarın təhsil sahəsində uzunmüddətli və səmərəli fəaliyyəti, məktəbdə psixoloji xidmətin inkişafına verdiyi töhfələr, şagirdlərin mənəvi və sosial inkişafı istiqamətində gördüyü işlər yüksək qiymətləndirilib.


ETİHİ Göyçay Rayon Komitəsi tərəfindən Qasımova Südabə Arif qızına təşəkkürnamə və mükafat təqdim olunub, ona möhkəm cansağlığı, ailə səadəti və gələcək fəaliyyətində uğurlar arzulanıb.

Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: