Xəbərlər
Məktəbdə 90 illik yubiley tədbiri keçirilib.

16 may 2026-cı il tarixində Salyan şəhəri Y.Qasımov adına 4 saylı tam orta ümumtəhsil məktəbində uzun illər ibtidai sinif müəllimi kimi fəaliyyət göstərmiş Solmaz Hüseynovanın 90 illik yubiley tədbiri təntənə ilə qeyd edilib.
Tədbir məktəbin təşkilatçılığı ilə ərsəyə gəlib, müəllimin dərs dediyi onlarla şağirdləri yığıncaqda iştirak edərək onu təbrik edib, xoş xatirələrini bölüşüblər.
.
Tədbirdə ETİHİ Salyan Rayon Komitəsinin aparıcı mütəxəssisi Təranə Səmədova iştirak edərək, Solmaz müəllimi yubiley münasibətilə təbrik edib. O, müəllimin uzun illərə söykənən pedaqoji fəaliyyətindən, təhsilin inkişafına verdiyi töhfələrdən, gənc nəslin formalaşmasında göstərdiyi əvəzsiz xidmətlərdən söz açaraq bu şərəfli yolun dərin hörmət və ehtirama layiq olduğunu bildirib. Təranə Səmədova qeyd edib ki, Solmaz xanımın ömür yolu böyük bir məktəb, zəngin həyat təcrübəsi cəmiyyət üçün əvəzsiz dəyərdir.
Solmaz Hüseynova ETİHİ Salyan Rayon Komitəsinin Fəxri Fərmanı ilə təltif edilib, yubilyara gül dəstəsi təqdim edilib, sağlıqlı və sevgi ilə əhatə olunmuş rahat həyat arzu edilib.














