“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Məktəbdə "Erkən nikaha yox deyək!" adlı maarifləndirmə tədbiri keçirilib.

28/09/2026, 18:15
xeber1

24 sentyabr 2026-cı il tarixində Salyan Rayon Prokurorluğunun təşəbbüsü ilə Salyan Rayon İcra Hakimiyyətinin və Şirvan -Salyan Regional Təhsil İdarəsinin Salyan Rayonu üzrə Təhsil sektorunun birgə təşkilatçılığı ilə rayonun Sarvan kənd tam orta ümumtəhsil məktəbində "Cəmiyyət ailələrlə, fərdlərlə formalaşır -Erkən nikahlara yox deyirik!" adlı maarifləndirmə tədbiri keçirilib.

Tədbirdə torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş qəhrəman oğullarımızın əziz xatirəsi dərin hörmət və minnətdarlıq hissi ilə

yad edilib, Dövlət Himni səsləndirilib.

Daha sonra "Erkən nikaha yox deyirik!!" adlı qısametrajlı film nümayiş etdirilib.

Salyan Rayon İcra Hakimiyyəti aparatının İctimai -siyasi və humanitar məsələlər üzrə sektorunun aparıcı məsləhətçisi, Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın məsləhətçi-psixoloqu Sevinc Səmədova tədbirı giriş sözü ilə açaraq Mehriban xanım Əliyevanın qızların təhsilinə xüsusi diqqət ayırdığını və bu istiqamətdə mühüm layihələrin həyata keçirildiyini qeyd edib.

Milli Məclisin deputatı Günay Ağamalının köməkçisi Emin Xudiyev, Salyan Rayon Prokurorunun köməkçisi, hüquqşünas Toğrul Əhədzadə, ETİHİ Salyan Rayon Komitəsinin sədri Aynur Əsgərova,, Şirvan -Salyan Regional Təhsil İdarəsinin Salyan rayonu üzrə Təhsil Sektorunun psixoloqu Arzu Hacızadə, Sarvan kənd həkim məntəqəsinin müdiri Səadət Salamova, məktəbin şagirdi, Uşaq Səfirlər Məclisinin Salyan rayonu üzrə nümayəndəsi Lalə Babayeva və məktəbin direktoru Nazənin İsmayılova mövzu ilə bağlı çıxışlarında məktəblilərə erkən nikah hallarına qarşı işin gücləndirilməsi və erkən nikahların fəsadları barədə ətraflı məlumat veriblər.

Erkən nikah hallarının yarımçıq təhsilin yaranmasına, ailələrdə münaqişələrə, boşanmalara və nəticədə sosial cəhətdən həssas qrupların sayının artmasına səbəb olmasından söz açılıb.

Sonda şagirdlərə maarifləndirici bukletlər paylanılıb, onların qonaqlara ünvadıqları suallar cavablandırılıb.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: