Xəbərlər
Məktəbdə ittifaq üzvləri ilə görüş keçirilib.

30 iyun 2026-cı il tarixində Salyan rayonu Şəkərli kənd ümumi orta ümumtəhsil məktəbində ittifaq üzvləri ilə görüş keçirilib.
ETİHİ Salyan Rayon Komitəsinin sədri Aynur Əsgərova kollektivdə çalışan ittifaq üzvləri ilə səmimi söhbətlər apararaq , onların asudə vaxtlarının və istirahətinin səmərəli təşkili məqsədilə komitə tərəfindən yaradılan şərait və imkanlar, sanatoriya və istirahət mərkəzlərinin vəziyyəti, oradakı xidmət səviyyəsi barədə ətraflı məlumat verib.
Daha sonra ittifaq üzvlərinin rəy və təklifləri dinlənilib, məktəb rəhbərliyi tərəfindən yardıma ehtiyacı olan işçilər barədə məlumat verilib.
Məktəb rəhbərliyi və kollektiv üzvləri komitə sədrinə göstərdiyi diqqət, verdiyi dəyərə görə təşəkkür edib, xatirə şəkilləri çəkdirilib.







