“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Məktəbdə müəllimlərlə görüş təşkil edildi

23/09/2026, 13:05
xeber1

Ü.Hacıbəyov adına Şəhər 7 nömrəli tam orta ümumtəhsil məktəbinin həmkarlar təşkilatının sədri Abbadov Nahid müəllimin təşkilatçılığı ilə məktəbin müəllim kollektivi ilə ETİHİ Ağcabədi Rayon Komitəsinin görüşü keçirildi.

Görüşün əsas məqsədi Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının Nizamnaməsinə uyğun olaraq ittifaq üzvlərinin əmək münasibətləri ilə bağlı qanuni hüquqları barədə məlumatlandırılması olub.

Görüş zamanı üzvlərin işə qəbulu, başqa işə keçirilməsi, işdən azad olunması, əməyin ödənilməsi, məzuniyyət, əməyin mühafizəsi və digər əmək hüquqları ilə bağlı məsələlər ətraflı müzakirə edildi.

Həmçinin ittifaq üzvlərinin AHİK+ platformasının imkanlarından yararlanması, e-AHİK elektron rezervasiya sistemi vasitəsilə qeydiyyatdan keçərək sanatoriya-kurort yollayışları əldə etməsi, eləcə də bu xidmətlərdən istifadə qaydaları barədə ətraflı məlumat verildi.

Görüş zamanı ittifaq üzvlərini maraqlandıran suallar dinlənildi və ETİHİ Ağcabədi Rayon Komitəsinin əməkdaşları tərəfindən ətraflı cavablandırıldı.

Tədbirin yekun hissəsində uzunmüddətli əmək fəaliyyəti dövründə vəzifə öhdəliklərini layiqincə yerinə yetirən, həmçinin yaş həddi ilə əmək müqaviləsinə xitam verilən ittifaq üzvləri:

• Muradova Hürzad Murad qızı

• Məmmədova Rəbiyyət Sahib qızı

• Salahova Aysel Yaşar qızı

ETİHİ Ağcabədi Rayon Komitəsi tərəfindən hədiyyə və fəxri fərmanla təltif olundular.

Tədbirdə həmkarlar ittifaqı üzvlərinin hüquq və mənafelərinin qorunması, onların sosial rifahının və əmək hüquqlarının təmin olunması istiqamətində həyata keçirilən

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: