“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Məktəbdə sosial bərabərliyin rəmzi

13/10/2026, 12:23
xeber1

Dövlət ümumi təhsil müəssisələrində təhsilalanların və təhsilverənlərin geyimi ilə bağlı tələblər müvafiq normativ-hüquqi aktlarla tənzimlənir. Nazirlər Kabinetinin 21 sentyabr 2026-cı il tarixli 309 nömrəli Qərarı təhsilalanların geyim formalarına dair müəyyən edilmiş tələbləri, 6 oktyabr 2026-cı il tarixli 325 nömrəli Qərarı isə təhsilverənlərin geyim qaydalarını əhatə edir. Müəyyənləşdirilmiş normalar şagirdlərin məktəbli formasına, müəllimlərin isə işgüzar və səliqəli geyim üslubuna riayət etməsini nəzərdə tutur. Eyni zamanda, geyimin tədris fəaliyyətinə mane olmaması və məktəbin iş mühitinə uyğunluğu əsas tələblər sırasındadır. Bu normaların məqsədəuyğun şəkildə tətbiqi təhsil müəssisələrində qaydaların vahidliyini təmin etməyə və məktəbdaxili idarəetməni gücləndirməyə imkan verir.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: