Xəbərlər
Məktəbdə yubiley tədbiri keçirilib
20/05/2026, 16:31

18 may 2026-cı il tarixində Salyan rayonu Qaraçala qəsəbə C.Məmmədov adına tam orta ümumtəhsil məktəbində uzun illər praktik- psixoloq vəzifəsində çalışmış Babayeva İradə Məmmədhüseyn qızının anadan olmasının 65-ci ildönümü münasibətilə tədbir keçirilib. Tədbirdə çıxış edən iş yoldaşları İradə xanımı yubiley münasibətilə təbrik edərək ona sağlıqlı və firavan ömür arzulayıb, şagirdlərin düzgün tərbiyəsi və layiqli vətəndaşlar kimi yetişməsi istiqamətində göstərdiyi xidmətlərə görə ona minnətdarlıqlarını bildiriblər.
Yubilyara ETİHİ Salyan Rayon Komitəsinin diplom və hədiyyəsi təqdim edilib.





